İslam Səfərli epoxası
Sənə nənəm qurban Azərbaycanım  
  Baş səhifə
  Həyatı
  Şanlı həyat
  Şeirlər
  Fotolar
  Forum
  Əlavələr
Baş səhifə


 

Çağdaş Azərbaycan ədəbiyyatının mötəbər nümayəndələrindən sayılan hissli, duyğulu, axımlı, şeir və poemaları ilə, dramatik səhnə əsərlərilə yaddaşlara köç edən İslam Səfərlinin ömür taleyi qısa olsa da, yaradıcılıq taleyi uzun məsafəli olmuşdur.Ölməz şair az yaşadı, amma çox yaratdı, sözü-söhbəti  könülləri  fəth etdi,  cavan ikən ömrü qanlı-qadalı  müharibədə keçdi, mübbariz əqidəsilə, zəngin poetik ruhuyla ədəbiyyatımızın İslam Səfərli zirvəsini yaratdı. İslam Səfərlinin poeziyası duru bulaqdır. Bu bulaq Azərbaycanın hər tərəfindən ap-aydın görünür. Coşğun və təlatümlü Xəzər, mavi gözlü Göy-göl, yaşıl ormanlı Batabat, ucu-bucağı görünməyən Talış meşələri, məcrasına sığışmayan dəli Kür, bol meyvəli Ordubad bağları, bərəkərli Şərur çölləri, muğamatlı, sinəsi nəğməli Qarabağ torpağı.......şairin ilham mənbəyi olub. Böyük şair bu füsünkar yerləri qarış-qarış gəzmiş, dolanmış, bu yerlərin yar-yaraşığından vəcdəyə gəlmiş və özünün zəngin, mənəviyyatlı poetik dünyasını yaratmışdır.

                                               Talış dağlarından meh əsir sərin,

                                               Qayalar sıldırım, dərələr dərin.

                                               Baxdıqca insanı alıb aparır

                                               Əyri olayların, hamar düzlərin.

                                              Sevdim yaz ayını payız ayını,      

                                               Gördüm karvan-karvan düyü tayını.

                                               Dola belimizə öz əllərinlə

                                               Gümüş kəmər kimi “Viləş çayını”

 

Əzəli və əbədi türk torpağı olan Naxçıvanda dünyaya göz açan, bu zəngin yurdun minillikllərdən soraq verən möhtəşəm abidələrilə qəlbi isinən, Araz çayının məlul-məlul axan sularını Ana laylası kimi qəbul edən şair ruhən, qəlbən bu torpağa bağlı sənətkar-Vətəndaş idi. Dünya şöhrətli alim Nəsirəddin Tusinin nəslindən olan, yerişindən, duruşundan, söz-söhbətindən bəyzadəlik yağan şairin damarlarından azərbaycanlı-türk qanı axırdı. Sözünün mübtadası da, xəbəri də Azərbaycan idi. Bütün şeirlərində, poemalarında Azərbaycan baş motivə çevrilmişdi. Buydu İslam Səfərli poeziyasının ruhu-canı, mayası, bədii siqləti.

Minillik poeziyamızın milli ruhlu, milli təfəkkürlü, milli əqidəli şairlərindən biri də İslam Səfərliydi. O, haradan yazırdısa yazsın, istər cəbhə şeirləri, istər təbiəti tərənnüm etsin, istər Ana müqəddəsliyindən, Vətən təəssübündən yazsın, istərsə  da saf, pak duğulardan yazsın-ortada, sözünün mayasında Azərbaycan dururdu. Azərbaycan ifadəsi onun zəngin poeziyasının şah damarıydı. Dram əsərlərində də bu hiss aparıı amilə çevirilirdi. Burada da milli ruhlu İslam Səfərli olaraq qalırdı. Və İslam Səfərli yaradıcılığını da yaşadan, yaddaşlara köç edən əsas faktor budur. Sözün əsl mənasında bəşəri hissli Azərbaycan şairi.

 
Cəlil Vəzirov

****

İslam Səfərli nə yaradıcılığı, nə də insani keyfiyyətləri ilə unudulmur, yaddan çıxmır, dönə-dönə sevgiylə, ehtiramla xatırlanır, yad edilir. Bu səbəbi iki mənada hallandırırıq. Birinci səmimiyyətinə, ikinci, əsərlərində təsvir, tərənnüm etdiyi həyat həqiqətlərinə görə:

 

Çıxdım dan yerinin tərlan seyrinə,

Sənə nərgiz dərdim, tər lalə dərdim.

Bilsəydim, gəldiyin dağ yollarına

Əlvan çiçəklərdən xalı sərərdim...

 

Ülvi, bəşəri sevgi haqqında çox yazılıb. Məcnun saf, pak eşqi xatirinə səhraya üz tutub. Amma Leyliyə məhəbbəti son nəfəsinə qədər onun canında yaşayıb, qanına qoşulub, varlığından keçib. İ.Səfərli isə aran keçmir, dağ aşmır, büdrəmir, Yaradanımızdan imdad diləmir. Ürəyinin hərarətini nərgizə, yasəmənə göndərib dünya qədər əzəli, əbədi bildiyi sevgilisinin gələcəyi yola səpmək istəyir. Görkəmli şairin yaradıcılığında bu cür alicənablıq, müsbət keyfiyyətlər qırmızı xətt kimi keçir! Onun unudulmamağının, yaddan çıxmamağının bəlkə də başlıca səbəbi elə budur.

İ.Səfərli 85 il əvvəl qədim ata-baba, yurd yerimiz Naxçıvan bölgəmizin Şəkərabad obasında dünyaya göz açmışdır. İkinci Dünya müharibəsinin iştirakçısı olmuş, sonra hazırkı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdi. "Şərq qapısı", "Azərbaycan gəncləri", "Ədəbiyyat qəzeti"ndə işləmişdir. "Göz həkimi", "Ana ürəyi", "Xeyir və şər" pyesləri müxtəlif teatrlarda oynanılmışdı. Yüzlərlə lirik şeirlərin, mahnıların, poemaların müəllifi kimi tanınmışdır. Ömrünün son illərində Azərbaycan Yazıçılar İttifaqında (indi birlikdir) çalışmışdır. Neçə-neçə gənc yazarlara zəmanət vermiş, onlara həyan olmuş, yardım, kömək göstərmişdir. Həmin gənclərdən biri də yazının müəllifi - mən olmuşam.

İslam müəllimi ən əvvəl əsərlərinə görə şair, publisist, dramaturq kimi tanımışdım. Vaxt keçdikcə - yəni yaxından tanış olduqdan sonra ona mənəvi ata, qardaş sevgisi, hörməti bəslədim. Hər dəfə rastlaşanda soruşardı: "Bəlkə bir köməyə ehtiyacın var?" Bir gün ehtiyacımı ona bildirdim. Dedim ki, filan müəllim mənə qiymət vermir. İnanın, evinin qənşərindən qayıdıb universitetə gəldi. Həmin müəllimlə görüşüb salamlaşdı. Dedi: "Ay Xəlil, biz qocalırıq, bu cavanların isə gələcəyi, görəcəyi günlər hələ qabaqdadır. Gəl elə edək ki, biz dünyamızı dəyişəndə haqqımızda xoş xatirələr yazsınlar. Bu oğlanın xatirini çox istəyirəm, onu incitmə, biliyinə görə qiymət ver..." Xəlil müəllim onun sözün yerə salmadı, mənə "yaxşı" qiymət verdi. Sonralar İslam Səfərli məni evinə, ailəsinə məhrəm bildi. Onun "Mənim adi günlərim" şerinin misraları dilimin əzbəri oldu:

 

Mənim adi günlərim,

Ey təzadlı günlərim.

Ey adsız, ey qanadsız,

Ey qanadlı günlərim.

Dalğadan baş qaldırır,

Qaya ucalmaq üçün.

Zirvələr daş qaldırır,

`                      Aya ucalmaq üçün...

 

İ.Səfərlinin xarakterinə, təbiətinə xainlik, xudbinlik, xəsislik, eqoistlik tamamı ilə yad idi. Hüzür yerlərinə gedərdi, bəlkə də hamıdan çox ağlayardı. Toylarda, məclislərdə çoxlarından artıq oynayardı. Ən sadiq, sədaqətli dostu, həm də qonşusu yazıçı Əlfi Qasımov idi. Onların səmimiyyəti bu gün də nümunə göstərilməyə layiqdir. Əlfi müəllimin həyat yoldaşı Adilə xanım deyərdi: "Qardaş, sənsiz bu kişinin (Əlfi müəllimin) boğazından bir qurtum su da keçmir". Mərhum Anaxanım bacı (İslam müəllimin ömür-gün yoldaşı) da deyərdi: "Yeyib-içməyiniz bir gün sizdə, bir gün də bizdə". Beləcə aylar, illər ötüb keçirdi. Əvvəl İslam müəllim dünyasını dəyişdi. Sonra da işıqlı aləmdə dostundan ayrı Əlfi müəllim yaşaya bilmədi. Onun görüşünə getdi. O dünyaları behiştlik olsun!

Şair-dramaturqun "Göz həkimi" tamaşası Azərbaycan Dövlət Akademik Dram Teatrında uğurla oynanılmışdı. Ötən əsrin 70-ci illərində xalq artisti, mərhum Lütvi Məmmədbəyov həmin əsər əsasında televiziya tamaşası çəkdi. Məşhur ekran əsərində əsas rolun ifaçısı Yaşar Nuri demişdir: "Mən İslam Səfərliyə ona görə minnətdaram ki, yaratdığı obraz da özü kimi sadə, təmkinli, şərəflidir. Bu rol mənə şöhrət bəxş etdi".

 İ.Səfərlinin gərgin yaradıcılığı da zaman-zaman qiymətləndirilmişdi. Sözə, sənətə, sənətkara qiymət verən ulu öndər Heydər Əliyev 1973-cü ildə onun əməkdar incəsənət xadimi fəxri ada layiq görülməsinə qayğı göstərdi. Şair sevindi, fərəhləndi, qürur hissi keçirdi. Lakin vaxtsız, amansız əcəlin hökmünü başı üstündən qova bilmədi. Yaradıcılığının çiçəklənən çağında qəfil dünyasını dəyişdi. Artıq o, 34 ildir ki, aramızda yoxdur. Lakin unudulmur, misraları bu gün də dillər əzbəridir:


           Özgə torpağında gözüm olmayıb,

Ana torpağıma göz dikilməsin!

Əmr et! Keşiyində mətin dayanım,

Azərbaycanım!

 

İslam Səfərlinin ömrü nağıl qəhrəmanlarının taleyinə bənzəyir. Ancaq onun portret cizgiləri, insani keyfiyyətləri, xüsusiyyətləri əfsanə deyil, həqiqətdir. Ad gününüz mübarək, səmimi dost, bənzərsiz şair. Varlığınız qədər sevdiyiniz xalqımız sizi heç vaxt, heç vədə unutmayacaq.


Telman Mehdixanlı

 

 

 
   
O ADİ BİR QIZ DEYİL...  
  Paytaxtıma baxıram,
İşıqdan goz qamaşır.
Bakıya təkcə mənim
Sevdiyim qız yaraşır.

Mən hara gedirəmsə,
Gozlərimdə o gulur.
Şirin bir mahnı kimi
Urəyimə suzulur.

Mən onu gorməyəndə
Hər şey gozumdən duşur.
O, şəhərə çıxanda,
Şəhərdə gozəlləşir...

Uzunun qızartısı
Min çiçəyin rəngidir.
O, adı bir qız deyil,
Gozəllik çələngidir...

şair İslam Səfərli
 
BAHAR UMİDLİ NAZIN  
  Sevgilim, qulaq as bir,
Həyat sevəni sevir.
Mənə də ilham verir
Sənin sukutlu nazın.

Qəlbimə axsan əgər,
Kirpiyim nur çiləyər.
Eşqimi inciləyər,
Bahar umidli nazın.

Hərslətlə yananda mən,
Uçub getdin goyunən.
Guldu ağ tul geyinən
Durna buludlu nazın..

şair İslam Səfərli
 
adminlə əlaqə:  
  elchinsafarli@bk.ru  
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol